Logo

Dünya çempionatı 1/8 final mərhələsi - Daha 2 görüş olacaq


Dünya çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu baş tutacaq.

TopXeber.Az-ın məlumatına görə, meydana çıxacaq 4 komandanın hamısı Avropa təmsilçiləri olacaq.

İlk olaraq meydana ev sahibi Rusiya çıxacaq. Şimal qonşularımızın rəqibi dünya və üçqat Avropa çempionu İspaniya millisidir. 

Günün digər matçında Xorvatiya və Danimarka yığmaları qarşılaşacaq. 

Bu komandalar final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər.

DÇ-2018, 1/8 final

1 iyul

18:00. İspaniya - Rusiya

Hakimlər: Byorn Kuypers, Sander van Rökel, Ervin Zeinstra (hamısı Hollandiya), Kleman Turpen, Nikolya Dano (hər ikisi Fransa)

Moskva, "Lujniki" stadionu

22:00. Xorvatiya - Danimarka

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Enrike Kaseres, Eduardo Kardozo (hər ikisi Paraqvay)

Nijni Novqorod, "Nijni Novqorod" stadionu

İspaniya - Rusiya və Xorvatiya - Danimarka görüşlərinin qalibləri 1/4 finalda bir-biriləri ilə üz-üzə gələcəklər. İlk 1/4 final cütü isə iyunun 30-da müəyyənləşib: Fransa - Uruqvay.