Logo

Dünya Çempionatı ilə bağlı İTTİHAM: "FİFA istəyir ki, finalda..." - FOTO


Bolqarıstan yığmasının sabiq üzvü Xristo Stoiçkov DÇ-2018-in gedişi ilə bağlı danışıb.

TopXeber.Az xəbər verir ki, Stoiçkov DÇ-nin qalibinin kim olacağı ilə bağlı proqnoz verməyib. Ancaq FİFA-nı ittiham edib:

"Mən proqnoz verə bilmərəm. Çünki bu məsələdə bir sıra müxtəlif faktorlar əsas rol oynayır. Ən əsas faktor odu ki, FİFA finalda Avropa komandalarının olmasını istəyir.

Əslində, FİFA-nın belə yanaşma tərzi yeni deyil. Təşkilat üçün Avropa həmişə prioritet olub”.

Stoiçkov Bolqarıstan yığmasının heyətində DÇ-1994-də 4-cü yeri tutub. Unikal.org