Logo

Ən təhlükəli və təhlükəsiz ölkələrin SİYAHISI açıqlandı


Dünyanın ən təhlükəli ölkələrinin yeni reytinqi açıqlanıb.

TopXeber.Az xəbər verir ki, siyahıya 163 ölkənin adı salınıb.

Institute for Economics and Peace təşkilatının hazıladığı reytinqə görə, dünyanın ən təhlükəli ölkəsi kimi 1-ci yerdə Suriya, sonrakı 3 yerdə Əfqanıstan, Şimali Sudan və İraq gəlir.

Bu reytinq hazılanarkən təhlükəsizlik qaydaları ilə bağlı 23 keyfiyyət göstəricisi əsas götürülüb.

Azərbaycan siyahıda 132-ci yerdə göstərilib. İşğalçı Ermənistan 120-ci yeri tutur.
Qonşularımızdan Rusiya bu reytinqdə 154-ci, Türkiyə 149-ci, Gürcüstan 102-ci yerdə qərarlaşıb.

Siyahıya görə, dünyanın təhlükəsiz ölkələrinin reytinqində ilk “beşlik” belədir:  İslandiya. Yeni Zellandiya, Avstriya, Portuqaliya, Danimarka.

Reytinqin tərtibi üçün sosial təhlükəsizlik səviyyəsi, daxili və beynəlxalq münaqişələrin miqyası, hərbiləşdirilmə dərəcəsi, cinayətkarlığın səviyyəsi, silah idxalı və ixracı, cəmiyyətdə terror aktlarının sayı və sair nəzərə alınıb.Modern.az