Logo

Oxu.Az beş yaşını qeyd edir


Bu gün Oxu.Az xəbər portalı beş yaşını qeyd edir.

Sayt 2013-cü ilin iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb.

Bu gün Azərbaycan və rus dillərində, gündəlik 250 xəbərdən çox material dərc edən Oxu.Az publikaya doğru, düzgün xəbərlər çatdırır.

OXUcu üçün inanılan və doğru xəbər qaynağı olması sayəsində saytın gündəlik baxış sayı 1,5 milyonu ötür, unikal izləyici sayı isə 100-120 mindən çoxdur.

İllik oxucu auditoriyası 11 milyon unikal İP və 495 milyon səhifə baxışı təşkil edən Oxu.Az bu göstəricilərlə media sahəsində aparıcı mövqedə dayanmaqdadır.

Dünyada və ölkədə baş verən ən maraqlı və vacib hadisələri işıqlandırmaq, gündəmi təyin etmək Oxu.Az komandasının prioritetidir.

 TopXeber.Az saytı Oxu.az kollektivini təbrik edir, daha böyük uğurlar arzulayır...!