Logo

Ailəsi boşandığı üçün qızını öldürüb basdırdı - Qətlin üstü 17 sonra açıldı


Türkiyənin Elazığ şəhərində tükürpədən hadisə olub. 

Topxeber.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müəmmalı qətlin üstü 17 il sonra açılıb.

Araşdırmalar itən qadının rəfiqəsinin polisə şikayət etməsiylə başlayıb.

 2 ay aparılan araşdırmalardan sonra məlum olub ki, qadın 17 il öncə həyat yoldaşından boşandığı üçün ailə üzvləri onu öldürərək quyuya atıb. 

Qeyd edək ki, hadisə ilə bağlı ölən qadının atası və anası daxil olmaqla 6 nəfər tutulub.