Logo

Azərbaycan polisi haqqında marş yazıldı - VİDEO


Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb.

TopXeber.Az-ın xəbərinə görə, sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşı, polis kapitanı Elşad Hacıyevə aid olan marşın bəstəkarı Aydan Əliyevadır. Aranjemanı BŞBPİ-nin əməkdaşı, polis mayoru Xəyal Məmmədov edib. Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib.

Qeyd edək ki, bu gün Azərbaycan polisinin 100 illik yubileyidir.

Marşın sözləri belədir:

Şanlı tarix keçibdir,

Hər anında Vətən var,

Hər sözündə Vətən var,

Vətəndaşı, insanı

Qoruyandı, qoruyan,

Azərbaycan Polisi!!!

***

Vəzifəsi müqəddəs,

Sədaqəti əbədi,

Azərbaycan polisi!

Vicdanla qorumağa,

And içibdir Vətəni

Azərbaycan polisi!

***

Gecə-gündüz demədən,

Asayiş keşiyində,

Ayıq-sayıq dayanıb,

İnsandır əmanəti,

Xalqına xidmət edir -

Azərbaycan polisi!

***

NƏQARƏT

Vətən yolu – haqq yolu,

Haqq yolundan dönməyən,

Lazımsa, cannan keçər,

Azərbaycan polisi!

Vətən yolu – haqq yolu,

Haqq yolundan dönməyən,

Lazımsa, cannan keçər,

Azərbaycan polisi!

Azərbaycan polisi!