Logo

Bakıda qaldırıcı kranla "Mercedes" TOQQUŞDU: XƏSARƏT ALAN VAR - FOTOLAR


Paytaxtın Suraxanı rayonu ərazisində qaldırıcı kran qəza törədib.

TopXeber.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Əmircan qəsəbəsindən keçən yolda 90-JR-964 dövlət nömrə nişanlı kranla 99-CF-615 nömrəli "Mercedes" toqquşub. 

Nəticədə minik maşınının sürücüsü xəsarət alıb. Hadisə yerinə Suraxanı rayon Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Hazırda araşdırma aparılır.