Logo

Bakıda qan töküldü — Qadın onu təhqir edən məşuqunu bıçaqladı


Sevgilisinin təhqirlərinə dözməyən qadın qan tökdü. Kişi ilə qadın arasında mübahisə qanla nəticələnib.

TopXeber.Az xəbər verir ki, Binə südçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Zeynalov Elçin Adil oğlu qeyri-rəsmi yaşadığı qadınla mübahisə edib.
Mübahisə zamanı Şərifova Gülnaz İmaməli qızı ərinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. G.Şərifova isə 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qadın izahatında ilkin səbəb kimi qeyri-rəsmi yaşadığı E.Zeynalovun onu tez-tez döyməsini və təhqir etməsini göstərib.Ölke.az