Logo

Barışmaq istədi, ancaq - Keçmiş həyat yoldaşını və qayınatasını bıçaqladı


İstanbulda qanlı hadisə qeydə alınıb.

Topxeber.Az Türkiyə mediasına istinadla xəbər verir ki,  Ömer Başer  barışmaq üçün keçmiş həyat yoldaşının iş yerinə gəlib. Bundan narahat olan Sema Altun atasını çağırıb. Aralarında düşən mübahisədə Ömer Başer keçmiş həyat yoldaşını ayağından, atasını isə sinəsindən bıçaqlayıb.

Qeyd edək ki, 6 il evli olan cütlük 2 ay əvvəl boşanıblar. Cütlüyün bu evlilikdən 2 uşağı var.