Logo

Dəhşətli hadisə: Bir ailənin 11 üzvünü öldürüb tavandan asdılar


 Hindistan polisi paytaxt Dehlidə mənzildə bir ailəyə məxsus 11 nəfərin meyitini aşkar edib.

TopXeber.Az xəbər verir ki, meyidlərin tapıldığı ev bir iş adamına məxsus olub.

10 cəsədin gözləri, əlləri bağlı və tavandan asılı vəziyyətdə tapılıb. Bir qadının cəsədi isə yatdığı yerdə aşkar olunub.

Bu şəxsin xeyli sayda mağazaları və süd sexi olub. Yerli vaxtla səhər saat 8 radələrində qonşusu qapının açıq olduğunu görüb içəri girib və ailə üzvlərinin, eyni zamanda, biznesmenin nəşi ilə rastlaşıb. Qonşu dərhal polisə xəbər verib.

Ölənlərin 4-ü kişi, 3 qadın və 4-ü qızdır.

Polis evə zorla girilməyə və intihara dair hər hansı əlaməti müəyyənləşdirə bilməyib. Verilən xəbərə görə, iki həftə öncə həmin məhəllədə atışma olub.Avropa.info