Logo

Fransada film kimi hadisə — Məşhur mafiya başçısı həbsxanadan helikopterlə qaçdı


Fransada məşhur bir qanqster silahlı adamlarının köməyi ilə həbsxanadan helikopter vasitəsilə qaçıb.

TopXeber.Az xəbər verir ki, Redoin Feyd Parisdə qurduğu cinayətkar qruplaşma ilə bir müddət Fransada ən çox axtarışda olan şəxs olub.

O, 2010-cu ildə bir soyğun vaxtı polis işçisini öldürdüyü üçün 20 il müddətinə həbs edilmişdi. 3 silahlı şəxs helikopterlə həbsxananın həyətinə enərək görüş otağındakı Feydi qaçırıb. Parisin şimal-şərqinə doğru hərəkət edən helikopter isə sonradan yerli polislər tərəfindən tərk edilmiş vəziyyətdə tapılıb.

Bu, 46 yaşlı mafiya başçısının  ilk qaçışı deyil.

Feyd 1972-ci ildə Parisin cinayətkar qruplaşmalarla məşhur olan məhəlləsində dünyaya gəlib. 1990-cı illərdə Parisdə soyğunçuluq qruplaşmasının lideri olub.
2009-cu ildə Parisin cinayətkar məhəllələri haqqında kitab yazmışdı.

2011-ci ildə isə daha əvvəl işlədiyi cinayətlərlə bağlı olaraq şərti azadlığa buraxılma qaydalarını pozduğu üçün yenidən həbs edilib. 2013-cü ildə həbsxanada dörd nəzarətçini girov götürüb. Qapını dinamitlə partlatdıqdan sonra oğurluq maşınla qaçmışdı.

Lil şəhərindəki həbsxanada baş verən bu hadisə onun həbsxanaya gətirilməsindən 30 dəqiqə sonra baş vermişdi. O, bu qaçışdan 6 həftə sonra yenidən həbs edilmişdi.

Ölke.az