Logo

Meksikanın üzü güləcək... Yeni prezident vəd verdi


Meksikada prezident seçkilərinin qalibi müxalifətin namizədi Lopes Obrador olub.

TopXeber.Az BBC-yə istinadən xəbər verir ki, solçu qüvvələri təmsil edən namizəd 3-cü cəhddən prezident seçilib.

Andreas Manuel Lopes Obrador “Birlikdə biz tarix edəcəyik” koalisiyasının namizədi olub. Koalisiyaya “Milli Dirçəliş Hərəkarı” (MORENA), Əmək Partiyası (PT) və Sosial Həmrəylik Partiyası (PES) daxildir.

İlk ehtimallara görə, Obrador 46,7% səs toplayıb. Hakim partiyanın namizədi Xose Antonio Mid 17,8% səslə üçüncü olub.

Qeyd edək ki, yeni prezident Rəsmi Vaşinqtonla əlaqələrini daha da genişləndirəcəyinə dair söz verib.