Logo

Miri Yusiflə fotosu yayılan o xanım kimiydi? - ÖZÜ DANIŞDI


Şou-biznesdə nümunəvi ailə başçısı olmağı ilə həmkarlarından seçilən müğənni Miri Yusifin həyat yoldaşına xəyanət etdiyi iddia olunub.

Ötən həftənin şənbə günü sənətçi paytaxt çimərliklərindən birində gənc biznesmen xanım ilə istirahət edib.

Onların səmimi fotosunu elə xanımın özü "İnstagram” hesabında izləyiciləri ilə bölüşüb. Ən maraqlı məqamlardan biri isə Fidan adlı xanımın fotoya yazdığı şərh olub. O, şəkilə "Sən mənim ən dərin, sirli doğma ürəyimsən” sözlərini yazıb.

Lakin xanımın paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Buna görə də o, fotoları səhifəsindən silmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı Fidan xanım primetime.az-a açıqlama verib. O ifaçı ilə dost olduğunu bildirib:

"Miri mənim dostumdur. Mənim həyatımda istədiyim adam var. Tanımadan bilmədən xəbər yazırlar”.

Qeyd edək ki, Nərgiz adlı xanımla evli olan müğənninin üç övladı var.Big.az