Logo

POLİS davada: "Qaqa, bir tez mənim şəkilimi çək, sonra feysbukda yollayarsan"


Bu gün idman jurnalistlərinin peşə bayramıdır. 1924-cu ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın bu il 94 yaşı tamam olur.  Ölkəmizdə də Azərbaycan İdman Jurnalistləri Assosasiyası 2 iyul tarixində yaradılıb.

Topxeber.Az saytı bir neçə idman jurnalistlərilə həmsöhbət olub, onların fəaliyyətləri ilə bağlı maraqlanıb. Jurnalistlər bu peşəyə sevgilərindən və başlarına gələn maraqlı hadisələrdən danışıblar.

Daşqın Əziz - "Offsideplus.az"-ın əməkdaşı

"6 ilə yaxındır ki, bu sahə ilə məşğulam. İdman jurnalistikasına maraq 2005-2006-cı illərdə yarandı. Belə deyim, tanınmış şərhçimiz Altay Əliyevin bütün şərhlərini izləyirdim. Və bu məndə idman sahəsinə böyük maraq yaratdı. 

Ən böyük arzum şərhçi olmaqdır, ancaq hazırda idman saytında reportyor kimi çalışıram. Gün gələr bu arzumuz da reallaşar.

İdman jurnalisti kimi çalışdığım müddətdə başıma maraqlı hadisə gəlib. Deməli, bir dəfə  "Neftçi" - "Xəzər Lənkəran" oyununun fasiləsi zamanı azarkeşlər arasında kiçik insident yaranmışdı. Mən də, vəsiqə üzərimdə, əlimdə kamera çəkiliş aparıram. Polislərdən biri yaxınlaşdı ki, "qaqa bir mənim də şəkilimi çək, sonra feysbukda yollayarsan da".

***

İlkin Məmmədov - "korner.az" saytının əməkdaşı

"4 ildən çoxdur ki, bu sahədəyəm. Universitetə qəbul olduğum vaxtdan buyana müxtəlif online media orqanlarında çalışmışam. Hazırda korner.az saytında işləyirəm.

Çalışdığım müddətdə başıma o qədər maraqlı hadisələr gəlib ki, hansı deyim bilmirəm. Mövsüm ərzində daxili ölkə çempionatının oyunlarında hər dəfə nəsə maraqlı bir şey olur. Əsas isə avrokuboklar zamanı işimizin stresin atacaq hadisələr olur. Ancaq təəssüf ki, bunların əksəriyyəti tragikomik hadisələrdi. Yəni birinci gülürük, ancaq sonradan baxırıq ki, biz hələ çox aşağı səviyyədəyik.

Jurnalistikaya yeni gəlmişdim. Hələ təcrübə yığdığım vaxtlar idi. Oyundan sonra "mixed-zone"-da futbolçu ilə jurnalistlər arasında brifinq təşkil olunmuşdu. Müasir zamandı deyə hər kəs kimi mən də telefonun diktofonundan istifadə edirdim. Futbolçuya çox suallar verdik, çox danışdı. Hardasa 10-15 dəqiqəlik səsyazısı oldu. Müsahibə bitdikdən sonra xəbərim oldu ki, sən demə səsyazısı qeydə alınmayıb. Heç kimi də tanımıram, hələ ki həmkarlara deyə bilmirəm ki, hali-qəziyyə belədir. Ona görə, məcbur qalıb həmin futbolçunu ayrılıqda tutub müsahibə almışdım.

***

Rəvan Mahmudov - "CBCsport"-un əməkdaşı

Mən bu sahədə çox yeniyəm. 9 aya yaxındır artıq CBC Sport telekanalının xəbərlər şöbəsində idman müxbiri vəzifəsində çalışıram.

Açığı desəm idmana marağım özümü biləndən, uşaqlıq vaxtlarımdan, jurnalistikaya marağım isə son 3 ya 4 il qabaq yaranıb.

Bu sahədə fəaliyyətim yeni olduğu üçün başıma elə də maraqlı hadisə gəlməyib.