Logo

Yaşlı kişi "Pitbull"un hücumuna məruz qalıb


Türkiyədə "Pitbull" cinsindən olan it yaşlı adama hücum etdi.

Topxeber.Az Türkiyə mətubatına istinadla xəbər verir ki, hadisə Türkiyədə qeydə alınıb. Küçədə zəncirsiz və ağızlıqsız gəzdirilən "Pitbull" yanından keçən Abdullah Demirgezene hücum edərək onu ayağından dişləyib. Kişi dərhal xəstəxanaya aparılıb.

Qeyd edək ki, Abdullah Demirgezen "Pitbull"un sahibi haqqında polisə şikayət edib.