Logo

"Zöhrə Abdullayeva deyir ki, mənim üçün həyat bitdi"


Sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən mən... Dərd adamı necə dəyişər?

TopXeber.Az bildirir ki, bu sözləri aparıcı İradə İsak sosial şəbəkədə yazıb. O, bir müddət əvvəl oğlunu itirən əməkdar artist Zöhrə Abdullayevadan bəhs edib:

"Bir aya 10 kiloqram itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbr versin. Ürəyim parça-parça oldu. Tək övladını itirib. Necə sızlamasın? "Mənim üçün həyat bitdi" deyir. Ovutmaq mümkün deyil. Nə deyim bilmədim. Allah rəhmət eləsin, səbr versindən savayı...".

Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən rəhmətə gedib.