Logo

"ASAN Xidmət"ə yeni mətbuat katibi təyin olundu


"Lider" televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunub. 

TopXeber.Az xəbər verir ki, məlumatı Eurasia Diary-yə təsdiqləyib.

Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.

Filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.