Logo

Azərbaycanda qorxulu yalan xəbər yayıldı - NAZİRLİK MƏLUMAT YAYDI


Xəbər verdiyimiz kimi, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranmışdı.

 TopXeber.Az xəbər verir ki, A24.az saytında elektrik enerjisinin kəsilməsi nəticəsində 100 yarımçıq doğulan körpənin öldüyü ilə bağlı informasiya gedib. 

Azərbaycanda işıqlar kəsildi, yeni doğulan 100 uşaq öldü? - Açıqlama

Bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, bu xəbər uydurmadan başqa bir şey deyil: “Bununla bağlı statistikanı verə biləcək tək qurum Səhiyyə Nazirliyidir. Kimsə havadan-sudan bu cür xəbər verirsə bu əlbəttə ki, yalandır. Heyf ki, görülən işləri bu cür yalan informasiyalarla puç edirlər. Biz gecədən səhərə kimi xəstəxanalarda gərgin iş rejimində işləmişik. Çünki nəfəs aparatında olan xəstələr var. Onların həyatını xilas etmək üçün həkimlər lazımı tədbirlər gördülər. İşıqla bağlı bir uşaq belə dünyasını dəyişməyib”.