Logo

Bu gənc küçələrdə "at oynadır" - Həm sürət həddini aşdı, həm adam öldürdü


Məhəllədən sürətlə keçdiyi üçün sakinlərlə dava edən gənc silahdan istifadə edib.

Topxeber.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb. 

"Bağcılar" deyilən ərazidə məhəllədən avtomobil ilə sürətlə keçən sürücü sakinlərlə mübahisə edib. Sürücü avtomobilinə minib qaçmaq istəyəndə məhəllə sakinləri avtomobilə təpik, yumruq zərbələri endirməyə başlayıb. Bunu görən sürücü silahla atəş açıb və nəticədə bir nəfər başından ağır yaralanıb. 

Bir aydır komada qalan Özkan dünən həyatını itirib.