Logo

Dünya Çempionatında qorxu dolu anlar - Bomba həyəcanı


Rusiyada keçirilən Dünya çempionatı növbəti dəfə bomba həyəcanı ilə dündəmə gəlib. 

TopXeber.Az xəbər verir ki, Kremlin sarayının yaxınlarında sahibsiz tapılan çantada bomba olduğu deyilib. 

Polis əməkdaşları bu xəbərdən sonra həmin əraziyə gəlib. Bombanın olduğu iddia edilən ərazidə axtarışlar başlanıb. Polis itləri mağazının önündə olan çantanı yoxlayıb. 

Məlumatda bildirilib ki, axtarışların davam etdiyi həmin məkan azarkeşlərin sıx toplaşdığı ərazilərə daxildir.

Xatırladaq ki, ötən həftə bir nəfər hava limanına girərkən üzərində bomba olduğunu söyləyib və həbs olunub. Unikal.org