Logo

Erdoğanın Azərbaycana səfərinin vaxtı dəqiqləşib


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini hansı ölkələrə edəcəyi açıqlanıb.

 TopXeber.Az APA-ya istinadla xəbər verir ki, R. T. Ərdoğan iyulun 10-da əvvəlcə Şimali Kipr, daha sonra Azərbaycana səfər edəcək.

Türkiyə prezidenti Şimali Kipr və Azərbaycana səfərindən sonra 11-12 iyul tarixlərində keçiriləcək NATO sammiti ilə əlaqədar Brüsselə yola düşəcək.