Logo

Gecə enerji qəzasında 18 nəfər liftdə qalıb


Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gecə baş vermiş enerji qəzası müddətində liftə qalanların sayını açıqlayıb.

 TopXeber.Az xəbər verir ki, FHN-dən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinədən daxil olmuş məlumata əsasən, Bakı şəhərində gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı şəhəri ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.