Logo

Koçaryan istintaqa çağırıldı


Ermənistanın ikinci prezidenti Robert Koçaryan istintaqa çağırılıb.

TopXeber.Az saytı Modern.az-a istinadla xəbər verir ki, o, 10 nəfərin ölümü ilə nəticələnən 2008-ci il 1 mart hadisələri ilə bağlı ifadə verəcək.

Ermənistan Xüsusi İstintaq Komitəsi 10 il əvvəlki kütləvi iğtişaşlarda əhaliyə atəş açmaq barədə əmrin kim tərəfindən verildiyini araşdırır. Cinayət işi ilə bağlı keçmiş müdafiə naziri Mikael Arutunyan axtarışa verilib.