Logo

Prezidentdən 22 milyonluq SƏRƏNCAM


 Prezident İlham Əliyev Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

TopXeber.Az-ın məlumatına görə, sərəncama əsasən, Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 22 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.