Logo

Zürafəni öldürdü, sonra onunla poza verdi - “Ağ amerikalı vəhşi” tənqid hədəfində (FOTO)


Zürafə ovçusu öldürdüyü zürafə ilə şəkil çəkdirdiyinə görə tənqid olunub.

TopXeber.Az xarici mətbuata istinadla xəbər verir ki, amerikalı ovçu Cənubi Afrikada öldürdüyü zürafə ilə çəkdirdiyi şəklə görə tənqid olunub. Şəkil keçən ay Afrika Digest`in twitterdəki hesabında  paylaşılıb.

Minlərlə insanın paylaşdığı şəkildə, eyni zamanda, tənqidi fikirlər də yer alıb. Çəkdirdiyi şəklə görə o “ağ amerikalı vəhşi” adlandırılıb.

 Fox News-a açıqlama verən qadın, - “Öldürdüyüm zürafə Cənubi Afrikadakı zürafə növlərindən biridir. Onların sayı bəzi səbəblərə görə artır. Keçən il öldürdüyüm zürafənin çəkisi 907 kq idi", - deyərək özünə bəraət qazandırıb.