Logo

63 yaşlı kişini eşşək vurdu - Qobustanda


Qobustan rayonunda 63 yaşlı kişini eşşək vurub.

TopXeber.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Xilmilli kəndində olub.

Kənd sakini 1955-ci il təvəllüdlü Ağazaman Xanəli oğlu Xankişiyev həyətdə heyvanları tövləyə aparan zaman eşşək onu vurub.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralı əməliyyat olunub. 

Xəstəxananın Cərrahiyə şöbəsindən verilən məlumata görə, A.Xankişiyevin bədən nahiyəsinin qarın boşluğunun kəsilmiş cırılmış yarası aşkarlanıb və cərrahi müdaxilədən sonra palataya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.