Logo

İsmayıllıda mikroavtobusla yük maşını TOQQUŞDU: 6 NƏFƏR YARALANDI


İsmayıllı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TopXeber.Az Apa-ya istinadla xəbər verir ki, Muğanlı-İsmayıllı yolunda "Mersedes" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn "Hyundai" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı İsmayıllı və Bakı sakinləri-2014-cü il təvəllüdlü Oruclu Ruhin Mehdi oğlu, 1953-cü il təvəllüdlü Şükürov Ağaverdi Əli oğlu, 1959-cu il təvəllüdlü Məmmədov Rafiq Salam oğlu, 1991-ci il təvəllüdlü Orucov Mehdi Əlişir oğlu, 2011-ci il təvəllüdlü Babazadə Tunar Ceyhun oğlu, 1966-cı il təvəllüdlü Orucov Əlişir Cahangir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.