Logo

“Mənə layiq olmayan işdi” – İlk əməlimdir deyən narkotik alverçisi AĞLADI – VİDEO


 Abşeron rayon Mehdiabad polis bölməsinə Cəlilabad rayon, Göytəpə qəsəbə sakini Rahil Duniyevin narkotik maddə satması ilə bağlı əməliyyat məlumatı daxil olub. 

TopXeber.Az ARB TV-yə istinadla xəbər verir ki, dərhal Mehdiabad Polis bölməsinin əməkdaşları əməliyyat tədbirinə başlayıblar.

Rahil Duniyev Mehdiabad qəsəbə qəbirstanlığında narkotik maddələri satmaq istəyərkən saxlanılıb. Onun üzərindən 5 kq marixuana aşkar edilib. Dindirilmə zamanı Rahil Duniyev əməlini etiraf edib.  

Rahil Duniyev - saxlanılan şəxs: “Getmişəm Qaxa, saat 11 tamamda Qaxda olmuşam. Sonra meşədə rast gəlib narkotik, satış məqsədiylə yığmışam. Gətirdim Mehdiabad qəsəbəsinə. Mənə söz vermişdilər ki, filan yerdə gözləyirlər. Gəldim ora, qəbirstanlığa yaxınlaşanda polis əməkdaşları məni yaxaladı. İlk əməlimdi. Mənə layiq olmayan işdi. Bu səhvlərə ömrümün axırına qədər bir də yol vermərəm”.

Faktla Bağlı bölmədə toplanan material araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.