Logo

Qız atasına şər atdı, məhkəmə ataya bəraət verdi - TƏFƏRRÜATLAR


 Topxeber.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində qeydə alınıb.

 Atası ilə yaşayan qız atasının ona təcavüz etdiyi iddiası ilə polisə müraciət edib. Polislər tərəfindən saxlanılan 57 yaşlı ata məhkəməyə çağırılıb. O, - “Xəstəxanada olanda qızım məndən kredit kartımı istədi, vermədim. Ona görə mənə əsəbiləşib belə edir", - deyib. Qız atasının dediklərini təsdiqləyib, ona əsəbi olduğu üçün belə etdiyini deyib.

Qeyd edək ki, atası və anası boşandıqdan sonra qız atası ilə birlikdə yaşamağa başlayıb.