Logo

Sürücü qəpikləri ovcuna yığıb sərnişinlərin başına atdı - Bakı Nəqliyyat Agentliyi nə tədbir görəcək?


Sürücü verdiyimiz qəpiklərin hamısını ovcuna yığıb atdı avtobusdan çölə, birinin başına, birazını da asfaltın ortasına, sürdü getdi. Görəsən, xəbəri varmı ki, etdiyi bu hörmətsizliyə görə cinayət işi düşür? 

TopXeber.Az xəbər verir ki, bunu gənc şair Eminquey Akif öz feysbuk sosial şəbəkəsində ("Facebook")  paylaşıb: 

 "Avtobuslar pulsuzdur, əla. Amma avtobus sürücüləri, xüsusən "Bakubus" olmayanlar... Deməli, bu gün 165 nömrəli avtobusla işə gəldim. Yolboyu əsəblər tarıma çəkildi. Bu il deyəsən rayona gedən olmayıb, şəhər basırıqdı. Mən bir şeyi başa düşmədim. "Kaktus"da dayandıq. Sərnişin avtobuslarının pulsuz olmağından çoxumuzun xəbəri yox idi. Sürücü verdiyimiz qəpiklərin hamısını ovcuna yığıb atdı avtobusdan çölə, birinin başına, birazını da asfaltın ortasına, sürdü getdi. Görəsən, xəbəri varmı ki, etdiyi bu hörmətsizliyə görə cinayət işi düşür? Arxadan bir nəfər yaxınlaşıb, - "qardaş, al qəpiyini götür, sürücü yerə atdı qəpikləri, niyə götürmədin?", - dedi. Susdum. Susuram. Belə getsə, susacam da...!"

TopXeber.Az