Logo

Yayda qışın qeydinə qalan oğru - KÜRK OĞURLADI


Bu dəfə kürk oğrusu saxlanılıb.

Topxeber.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Antalyada qeydə alınıb. Gecə saatlarında kürklərin satıldığı mağazanın pəncərəsini sındırıb içəri daxil olan oğru oradan hər birinin qiyməti 3500 dollar olan 7 kürk oğurlayıb.

Qeyd edək ki, hadisəni törədən oğru Antalyaya “istirahətə” gələn rus turistdir.