Logo

ADO teatrında "MimOda" göstəriləcək


İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı təkrar nümayiş etdirəcək.

 TopXeber.Az xəbər verir ki, tamaşa iyulun 6-sı saat 20:00-da ADO teatrında göstəriləcək. Tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Sabir Vol Məmmədov canlandırır. Tamaşanın rejissoru isə İmam Həsənovdur. İdeyası ADO`ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmayıb.

 Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır...