Logo

Bacılar cütləşib analarını məhkəməyə verdi - GÖRDÜKLƏRİ ŞİDDƏTƏ GÖRƏ


 TopXeber.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə iki bacı analarını məhkəməyə verib.

Buna səbəb kimi, 10 il analarından şiddət gördüklərini əsas göstəriblər. 

Məhkəmə prosesində bacıların verdiyi ifadə hər kəsi təəccübləndirib. Onlar qeyd edib ki, - “Birimizin 5, digərimizin 6 yaşı olanda anamız bizi çimizdirib. O, bizi boğmağa çalışıb. Əllərini dişləyərək xilas ola bildik”. 

Məhkəmə qızların anasını 2 il psixoloji dəstək göstərilməsini, sonrakı 2 ildə həbs olunması qərarını verib.