Logo

Goranboyda ağır yol qəzası: ölən və yaralananlar var - FOTOLAR


Goranboy rayonunda baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 

TopXeber.Az "Report"a istinadla xəbər verir ki, hadisədə Gürcüstan vətəndaşı Aidə Məhəmməd qızı Abdullayeva ölüb. 

Bundan əlavə, 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vusal Çingiz oğlu Bayramov, Gürcüstan vətəndaşı, 1993-cü il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilblər.