Logo

"Mehriban Ələkbərzadəni teatra yanğınsöndürən ştatına götürmüşdüm" — ƏMƏKDAR ARTİSTDƏN AÇIQLAMA


Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Əli Nur əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəyə illər öncə etdiyi yaxşılıqdan danışıb.

TopXeber.Az xəbər verir ki,  "Ölkə.Az"ın məlumatına görə, Ə.Nur Sumqayıt teatrının direktoru işləyərkən M.Ələkbərzadəni yanğınsöndürən ştatına işə götürdüyünü bildirib:

"Çünki başqa ştat yox idi. Mən isə bilirdim ki, o, istedadlı qızdır. Bu səbəbdən də Mehribanı kənarda qalmasın deyə, yanğınsöndürən ştatına işə götürdüm". 

Qeyd edək ki, Əli Nur 1982-86-cı illərdə Sumqayıt teatrının direktoru olub.