Logo

Nəsib Nurla Kənan Xəzər TV-dən çıxarıldı - VİDEO


"Xəzər” telekanalında kadr dəyişikliyi olub.

TopXeber.Az Axşam.az-a istinadla xəbər verir ki, bu saatlarda telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsində çalışan Kənan Bayramov işindən uzaqlaşdırılıb.

Eyni zamanda aparıcı Nəsib Nur da vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nəsib Nur "Xəzər” FM-də direktor vəzifəsində çalışırdı. Daha sonra o, yeni yaradılan "Dalğa” TV-yə yaradıcılıq üzrə rəhbər təyin edilmişdi.