05.07.2018 20:00
103
Qəbiristanlıqda DƏHŞƏTLİ hadisə - iti diri-diri yandırdı
Topxeber.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində tükürpədən hadisə olub.
Belə ki, 2 gün əvvəl qəbiristanlıqda yanmış it cəsədi tapılıb. İti qəbiristanlıq işçisinin yandırdığını öyrənən polis, işçini bölməyə aparıb. İti yandırdığı üçün özünə bəraət qazandırmaq istəyən şəxs, - “Ağzından su axırdı, fikirləşdim ki, xəstədir. Uşaqlara xəstəlik yoluxdurar, ona görə yandırdım”, - deyib.