Logo

Qəbiristanlıqdan silah-sursat tapıldı


Bakıda qəbiristanlıqdan silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TopXeber.Az-a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən Zabrat qəsəbəsi ərazisindəki qəbiristanlıqda "AK” markalı silah, 29 ədəd patron və 1 ədəd patron darağı tapılıb.