Logo

SON DƏQİQƏ - Mingəçevirdə yenə yanğın başladı - VİDEO


 Mingəçevirdə yerləşən “Azərbaycan İES”-də yenidən yanğın başlayıb.

TopXeber.Az bildirir ki, nasaz olan açarların birində yenidən yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi işlər aparılır.

Qeyd edək ki, yanğın başlayan açarların nasazlığı ilə bağlı ötən gün Kəmaləddin Heydərov prezidentə məlumat vermişdi.

Qeyd edək ki, xəbəri ilk Minval.info saytı yayıb.