Logo

Tramvay vətəndaşın namaz qılmağını gözlədi - Vətəndaş indi həbs oluna bilər (FOTO)


 Topxeber.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin İzmit şəhərində maraqlı hadisə olub . 

 Belə ki, avtomobilini yolun kənarında saxlayan vətəndaş tramvay yolunun yanında namaz qılmağa başlayıb. Bunu görən tramvayın sürücüsü onun namaz qılıb qutarmağını gözləyib.

Qeyd edək ki, hadisə 1 il öncə olub və vətəndaş yaxın günlərdə polis bölməsinə çağırılıb. Onun insanları təşvişə salmaq məqsədi ilə bunu etdiyini düşünülüb.

Hazırda polislər araşdırma aparırlar.