Logo

“Aquapark”dakı ölümün - TƏFƏRRÜATI


Novxanıda yerləşən “Aquapark” əyləncə mərkəzində gənc oğlanın ölümünə qıcolma səbəb olub. 

TopXeber.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında mərkəzin icraçı direktoru Azər Alıyev deyib. 

Xatırladaq ki, yerli KİV-lərdə yayılan məlumatlarda 1983-cü il təvəllüdlü Zamiq Nağıyevin attraksiondan yıxılaraq öldüyü bildirilmişdi. 

Bundan başqa, Nağıyevin qardaşı Nicat başqa iddia irəli sürüb. Onun sözlərinə görə, Zamiqin başına attraksiondan başqa şəxs düşüb və daha sonra qardaşı ölüb.

Otelin direktorunun sözlərinə görə, bu informasiyalar həqiqəti əks etdirmir. 

“Faktla bağlı cinayət işi başlanıb. Prokurorluğun əməkdaşları hadisənin təfərrüatını araşdırır və mən hər şeyi deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, Nağıyev və dostları bir-biri ilə zarafat edirmiş.

Bu zaman Nağıyevin dili qatlanıb. Ona dərhal ilk yardım göstərilib. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, - Alıyev bildirib.