Logo

Diqqət! 70 nəfəri gün vurub - Baş həkim danışdı


"Havaların isti keçməsi səbəbi ilə may ayından iyulun 6-na kimi Bakı şəhər Təcili Tibbi Yardım xidmətinə günvurma diaqnozu ilə 70 nəfər müraciət edib". 

Bunu Topxeber.Az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. 

O qeyd edib ki, müraciət edənlərdən 43 nəfəri xəstəxanaya yerləşdirilib. Qalanlarına isə yerində ambulator xidmət göstərilib.

Bildirək ki, bu siyahıya gün vurma diaqnozu ilə birbaşa xəstəxanalara müraciət edən insanlar daxil olunmayıb.