Logo

​İsrailin "Toy" mahnısına plagiat İDDİASI


 Beynəlxalq musiqi qrupu 2018-ci il Eurovisionun qalibi, İsrail müğənnisi Netta Barzilainin ifa etdiyi 'Toy' mahnısına görə təhdid edib. 

TopXeber.Az xarici mətbuata istinadla xəbər verir ki, mahnının yazıçıları Doron Medalie və Stav Beger müəllif hüquqlarını pozduqlarına görə, Beynəxalq musiqi qrupu tərəfindən ittiham olunublar.

Belə ki, "White Stripes" tərəfindən qalib "Toy" mahnısı və məşhur hit olan "Seven National Army" parçası arasında oxşarlıq olduğu bildirilib.

Netta Barzilainin meneceri Ofer iddiaların qanuni olmadığını, təhrif olunduğunu bildirib.

Onu da qeyd edək ki, Eurovision mahnı müsabiqəsi bütün mahnıların orijinal olmasını tələb edir, plagiat olduğu sübuta yetirildiyi təqdirdə mahnı müsabiqədən diskilivizasiya ediləcək, bununla da İsrail gələcək illərdə müsabiqədə iştirak etmək hüququnu itirəcək. 

Semra Aliekberli