Logo

KXDR və Çin ABŞ-a qarşı birləşirmi?


KXDR lideri Kim Çen In və onun çinli həmkarı Si Tsinpinq bir araya gələrək regiondakı məsələləri müzakirə ediblər. 

TopXeber.Az saytı Ordu.az istinadla xəbər verir ki, bu barədə bəzi Yaponiya mənbələri məlumat yayıb. 

Qeyd olunub ki, tərəflər ABŞ hərbi qüvvələrinin Cənubi Koreyadan çıxarılması ilə bağlı ortaq diplomatik addımlar atmaq fikrindədirlər.

Bildirilib ki, tərəflərin əsas məqsədi Şimali Koreyanın nüvəsizləşdirilməsi qarşılığında Cənubi Koreyadakı ABŞ qoşunlarının tam həcmdə və qısa zamanda çıxarılmasına nail olmaqdır. 

Qeyd edək ki, Çin tərəfi bu iddianı yalanlasa da, hələlik Pxenyandan rəsmi bəyanat səsləndirilməyib.