Logo

"Allahın varlığı sübut olunsa, istefaya getməyə hazıram" - Filippinin prezidenti


 Filippinin Prezidenti Rodriqo Duterte kimsə Allahın varlığını ona sübut etsə, istefaya getməyə söz verib. 

TopXeber.Az xəbər verir ki, bir şahidin və insanın Tanrı ilə danışa biləcəyini sübut edən fotoşəkilin olması ona kifayətdir.

R.Duterte eyni zamanda kosmosda nizam-intizamı dəstəkləyən hər hansı ali qüvvənin olduğunu istisna etməyib.

Xatırladaq ki, ötən həftə Filippinin prezidenti əksəriyyəti katoliklər təşkil edən həmvətənlilərini şoka salaraq Allahı təhqir edən ifadələr işlətmişdi.