Logo

Azərbaycan Alpaqut Federasiyasına YENİ TƏYİNATLAR olub


Federasiyaya yeni baş katib və yeni vitse prezident təyin edilib. 

 Bu barədə Azərbaycan Alpaqut Federasiyasının (AAF) Mətbuat Xidməti məlumat yayıb. 

 Həmin məlumata görə, AAF-nin prezidenti Qüdrət Nuriyevin müvafiq əmrləri ilə Qasımov Rafiq Qasım oğlu Federasiyanın baş katibi və Alpaqut Turan Döyüş Sənətinin Batur sistemi üzrə Koordinator vəsifəsindən, Quliyev Ruslan Allahverən oğlu isə AAF-nin regional inkişaf üzrə vitse prezidenti və Qarabağ Regional Nümayəndəliyin rəhbəri vəzifələrindən azad edilib.

 Federasiya prezidentinin başqa bir əmrləri ilə Əliyev Etibar Xasay oğlu (Etibar Toğrul) AAF-nin baş katibi vəzifəsinə, Qasımov Rafiq Qasım oğlu regional inkişaf üzrə vitse prezident vəzifəsinə, Ağayev Nizami Ağa oğlu isə Alpaqut Turan Döyüş Sənətinin Batur sistemi üzrə Koordinator vəsifəsinə təyin edilib. Yeni təyinat almış hər üç Federasiya rəsmisi bu gündən öz vəzifələrinin icrasına başlayacaq. 

Hər üç şəxsə yeni vəzifələrində uğurlar arzu edirik.