Logo

Dünya zənginlərinin yeni REYTİNQİ – “Facebook”un yaradıcısı ilk “üçlük”də


“Bloomberg” agentliyi dünya zənginlərinin yeni reytinqini tərtib edib.

TopXeber.Az saytı Modern.az-a iatinadla xəbər verir ki, Facebook-un yaradıcısı Mark Zukerberq sərvətini xeyli artıraraq 81,6 milyard dollarla planetin ən varlı üçüncü şəxsinə çevrilib.

İyulun 7-nə olan ən son maliyyə informasiyasına əsasən, Amazon şirkərinin prezidenti Ceg Bezos 142 milyard dollar sərvətlə ilk pillədə qərarlaşıb. Dünyanın ən zəgin 2-ci adamı “Microsoft”un keçmiş rəhbəri Bill Geyts (94,2 milyard dollar) yer tutur.

“Bloomberg”ə görə, Zukerberqin sərvətinin artması Faceook aksiyalarının 2,1% əlavə dəyər qazanması ilə bağlıdır.