Logo

Elmar Məmmədyarov erməni həmkarı ilə görüşəcək


“Ermənistan üçün Dağlıq Qarabağa dair danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir".

TopXeber.Az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu  Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan "Şant" telekanalına verdiyi müsahibəsində deyib.

Z.Mnatsakanyan  azərbaycanlı həmkarı ilə tezliklə görüş planlaşdırıldığını təsdiqləyib və əlavə edib ki, artıq görüşlə bağlı razılıq əldə edilib.

"Sülh üçün əlverişli bir atmosferdən danışarkən, bu, geniş kontekstə malik bir prinsipdir və bu da atəşkəs rejimini gücləndirməklə bağlı funksiyaları əhatə edir. Biz tərəfdən heç nə dəyişməyib", - deyə Ermənistan XİN rəhbəri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin monitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikri şərh edərkən deyib.