Logo

Ramil Usubov vətəndaşları qəbul edib


 Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 7-də Qubada vətəndaşları qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TopXeber.Az verilən məlumata görə, Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 23 vətəndaşla görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Qəbulda iştirak edən vətəndaşlar bölgələrdə mütəmadi olaraq, keçirilən belə görüşlərin təşkilinə, dövlət orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə diqqətlə və həssas yanaşılmasına görə ölkə başçısına minnətdarlıq edib, onun Azərbaycan Respublikasının tərəqqisinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.