Logo

Türkiyə prezidenti: "Azərbaycanla əlaqələr yüksək səviyyədədir və daha da inkişaf edəcək"


 "Azərbaycanla əlaqələn yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edəcək".

TopXeber.Az xəbər verir ki, Rəcəp Tayyib Ərdoğan bunu bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdə qrup toplantısında bildirib. İyunun 24-də növbədənkənar prezident seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinin Azərbaycana olacağını təsdiqləyib.

R. T. Ərdoğan deyib ki, ənənə davam etdiriləcək, iyulun 10-da  Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.